Keçmişə hörmət , gələcəyə inam olmalıdır - Günel Gözəlova nazirlikdən ayrıldı

  • By admin
  • 12 Fevral 2021 17:17

“Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil”.

Gununsesi.info xəbər verir ki, bunu Nəqliyyat, Rabitə v Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, hər bir yolun sonunda keçmişə hörmət, gələcəyə inam olmalıdır:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq.

Qeyd edək ki, Günel Gözəlova bu posta təyin olunandan sonra adı çəkilən nazirliklə medya arasında sıx əməkdaşlıq yaranmışdı.

Gununsesi.info