Havayda yaşayan sosial media fenomeni Tereza Kaçuela vəhşicəsinə qətlə yetirilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bir müddətdir onu təhdid edən 44 yaşlı keçmiş əri Ceyson Kaçuela barəsində məhkəmədən uzaqlaşdırma qərarı çıxaran 33 yaşlı gənc qadın uşağının gözü qarşısında öldürülüb.
Bildirilib ki, cəmi 2 həftə əvvəl məhkəmədən uzaqlaşdırma tədbiri alan və bir müddətdir dostlarına keçmiş ərinin ona sataşdığını söyləyən Kaçuela 8 yaşlı qızının gözü qarşısında öldürülüb. Hadisənin ticarət mərkəzinin dayanacağında baş verdiyi də açıqlanıb.
Kiçik qızın polisə “Atam anamı vurdu” dediyi də öyrənilib.
Hadisədən sonra qatil Ceyson Kaçuelanın cansız bədəninin tapıldığı da açıqlanıb.
Səlahiyyətlilər Kaçuelanın keçmiş həyat yoldaşını öldürdükdən sonra intihar etdiyini açıqlayıb.
Gununsesi.info