
Obamanın şəxsi təhlükəsizliyində çalışan keçmiş ABŞ məxfi agenti Ağ Evdəki kabuslardan danışıb. O, Mike Ritland ilə müsahibəsində təcrübəsinin təfərrüatlarını bölüşdü.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, keçmiş agent Evi Pampouras uzun illər Ağ Evdə çalışıb, bir neçə Amerika prezidentinin təhlükəsizliyini təmin edib.
Onun sözlərinə görə, xidmətin lap əvvəlində yerli işçilər ona gecələr kabuslarla rastlaşa biləcəyi barədə xəbərdarlıq edib.
Məsələn, ona Linkolnun ruhu, ayaq səsləri, dəhlizlərin birində açarların qəribə cingiltisi haqqında danışıblar. Getdikcə o, belə səslərin gercəkdən də eşitdiyini etiraf edib.
İşini itirmək istəmədiyi üçün iş yoldaşları ilə bu barədə heç vaxt danışmayan Evi qeyd edib ki, “sürünmə” hissi qismən Ağ Evin tarixinin ağırlığı ilə izah olunur.
“Elə vaxtlar olub ki, biz gecələr evdə növbətçi olmuşuq. Kennedinin aşağı baxan bir fotoşəkili var. Onun yanından keçəndə qəribə hallar keçirirdim, çox üşüyürdüm. Çox sakit və böyükdür. Ona görə də güclü və izaholunmaz bir şeylə qarşılaşdığınız anlar olur” – dedi keçmiş agent qeyd edib.
Qeyd edək ki, daha əvvəl məlumat verilmişdi ki, gənc Tailand sakini təsadüfən məbəddən oyuncaq oğurlayıb və onu təqib etməyə başlayan kabuslardan şikayətlənib. Bundan sonra onun səhhətində problemlər yaranıb.
Şəbnəm
Gununsesi.info