Keçmiş ANS-çiyə ABŞ-da “green kart” verildi - QƏNİRƏ ATAŞ VAŞİNQTONDA JURNALİST KİMİ ÇALIŞACAQ

  • By admin
  • 30 Oktyabr 2019

 

ABŞ-da yaşayan ANS televiziyasının tanınmış siması Qənirə Ataşovaya bu ölkədə öz peşə faliyyətini davam etdirmək üçün “green kart” verilib.

Gununsesi.org xəbər verir ki, bu barədə jurnalist özü bildirib.

Onun sözlərinə görə, Birləşmi Ştatlarda iş statusu almaq üçün çətin mərhələni geridə qoyub: “Trump hakimiyyıti dönəmində Amerika Birləsəşmiş Ştatlarindan yaşıl kart almaq asan məsələ deyildi. Şükür dürüst yaşamışıq. Prosses  bir il səkkiz ay çəkdi. ABŞ rəsmən mənim jurnalistliyimi tanıdı- yeni iş yerim də GunAz TV oldu. Mənə cox az insanın sahib ola bildiyi green kart təqdim edildi. Dövlət Departamentinin mətbuat bölümündə işləyəcəm. Bu işdə mənə yaxından kömək olan, arxamda dağ kimi dayanan Amerikada yaşayan iş adamı və GunAz TV-nin sahibi Əhməd Obalıya dərin təşəkkürümü bildirirəm.  (prosses insanlar üçün maraq kəsb edersə detallı yazacam. ) Məsləhətləri ilə məni tək buraxmayan Nahidə Kərimiyə, vəkilim Rəmzi bəyə və onunla calışan azərbaycanlı Nərmin Sultanlıya da dərin təşəkkür edirəm. Əməyinizi halal edin”.

Sonda jurnalist “green kart” alması barədə sənədi övladlarına təqdim etdiyi videonu paylaşıb.