Keçmiş arvadı Elton Condan 3,8 milyon təzminat istəyir - FOTOLAR

Britaniyalı müğənni-bəstəkar Elton Conun keçmiş həyat yoldaşı Renata Blauel onu məhkəməyə verərək 3,8 milyon dollar təzminat tələb edib.

Gununsesi.org “TASS”a isitnadən xəbər verir ki, keçmiş xanımı ifaçını 1988-ci ildə bağladıqları boşanma müqaviləsini pozmaqda ittiham edib. Belə ki, Blauelin sözlərinə görə, Elton Con “Roketmen” avtobioqrafik filmində Renata ilə ər-arvad münasibəti haqqında həddindən çox danışıb. Elton Conla Renata Blauel boşanan zaman nikahları və şəxsi münasibətləri, eləcə də boşanma səbəbi haqda danışmamaq barədə razılığa gəlsələr də, müğənni bu anlaşmanı pozub.

Qeyd edək ki, Elton Conla səs rejissoru olan Renata Blauel 1984-cü ildə Avstraliyada ailə qurublar. Cütlük 1988-ci ildə Elton Conun homoseksual olduğunu elan etməsindən sonra boşanıb. Hazırda Elton Con həmcinsi Devid Fernişlə evlidir, onların 7 və 9 yaşlı iki oğlu var.



 

 

 

Gununsesi.org