Keçmiş baş nazir barəsində həbs qərarı verildi

  • By admin
  • 24 Fevral 2024 10:44

Keçmiş baş nazir Sebastyan Kurz Avstriyada həbs cəzasına məhkum edilib.

Gununsesi.info xəbər verir ki, Vyanada keçirilən məhkəmə iclasında hökumətin korrupsiya iddiaları ilə bağlı araşdırma zamanı yalan ifadə verməkdə günahlandırılan Kurz 8 ay şərti həbs cəzası alıb.

Vyana məhkəməsində 4 ay davam edən dinləmədə prokurorların 2020-ci ildə “OeBAG” adlı şirkətin qurulmasındakı rolu ilə bağlı istintaq zamanı yalan ifadə verməkdə ittiham etdiyi Kurz  işin siyasətdən təsirləndiyini bildirib və təqsirsiz olduğunu vurğulayıb.

Avstriya Xalq Partiyasının “dahi uşağı” adlandırılan və 2017-ci ildə baş nazir vəzifəsini icra edən və 2020-ci ildə hakimiyyətə qayıdan Sebastyan Kurz 2021-ci ildə rüşvətxorluqda şübhəli bilinərək növbəti araşdırmadan sonra istefa verib.

Avstriya kansleri Sebastian Kurz keçmişdə verdiyi açıqlamada Türkiyənin Almaniya, Avstriya və ya İsveçdənsə əfqan qaçqınlar üçün sığınacaq almaq üçün daha yaxşı yer olduğunu bildirərək Türkiyəni hədəf almışdı.

Gununsesi.info