Keçmiş baş nazir: “Bayden hakimiyyətin sükanı arxasında yatıb”

  • By admin
  • 23 Fevral 2024 09:30

Bayden üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və buna görə də ABŞ-ın Ağ Evdə Respublikaçılar Partiyasının nümayəndəsinə ehtiyacı var.

Gununsesi.info xəbər verir ki, bu fikri Merilend ştatında Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxış edən Böyük Britaniyanın keçmiş baş naziri Liz Tras bildirib.

“Sol hər bir məsələdə qalib gəlir və gündəmlərini daha da gücləndirir. Onlar hər şeyi ifrata varırlar. Eyni zamanda, biz prezident Baydenin Ağ Evin sükanı arxasında yatdığını görürük”, – deyə o bildirib.

Mühafizəkarlar Partiyasından Britaniya İcmalar Palatasının üzvü kimi fəaliyyətini davam etdirən Tras “Mühafizəkarlar hazırda düşmənçilik şəraitində fəaliyyət göstərirlər” deyib.

Tras noyabrda keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçı namizədin qalib gələcəyinə ümid etdiyini vurğulayıb.

Gununsesi.info