Keçmiş baş nazir səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur

  • By admin
  • 10 Mart 2023 13:27

Malayziyanın keçmiş baş naziri Muhyiddin Yasin keçmiş fəaliyyətinə görə məhkəmə tərəfindən vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham edilib.

Gununsesi.info “Reuters”ə  istinadən xəbər verir ki, saxlanıldıqdan sonra zaminə buraxılan Muhyiddin ona qarşı irəli sürülən ittihamları rədd edərək, “Baş nazir olduğum müddətdə xalqın pulundan bir qəpik də götürməmişəm” deyə bildiririb.

Qeyd edək ki, Muhyiddin 2020-2021-ci illər arasında 17 ay ölkəyə rəhbərlik edib.

2022-ci ilin noyabrında keçirilən seçkilərdə ən mühüm rəqibi Ənvər İbrahimə qarşı yarışı uduzub.

Baş prokurorluq bildirir ki, keçmiş baş nazir vəzifə səlahiyyətlərini 4 dəfə sui-istifadə edib.

O, iki ayrı iş üzrə çirkli pulların yuyulmasında ittiham olunub.

75 yaşlı siyasətçi ona qarşı irəli sürülən 6 ittihamın hamısını rədd edərək, prosesin “mütəşəkkil və siyasi” olduğunu iddia edib.

Hazırda parlamentdə ana müxalifətin lideri olan Muhyiddin günahı sübuta yetirilərsə, 20 ilə qədər həbs cəzası ala bilər.

İşə mayın 26-da baxılacaq.

 

Tərcümə:

Günel