Keçmiş baş nazir şou-biznesə gedəcək – Məşhur şirkətlə müqavilə imzaladı

  • By admin-2
  • 29 Sentyabr 2023 10:21
sanna marin

Finlandiyanın keçmiş baş naziri Sanna Marin televiziya, kino, media və əyləncə sənayesi üçün istedadların axtarışında ixtisaslaşmış “Range Media Partners” şirkəti ilə müqavilə imzalayıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qeyd edək ki, “Range Media Partners” Hollivud ulduzları da daxil olmaqla dünya məşhurları ilə işləyir.

Marin daha əvvəl Toni Bleer İnstitutu ilə siyasi liderlərə məsləhət verəcək strateji məsləhətçi kimi əməkdaşlıq etmək niyyətində olduğunu açıqlayıb.

Finlandiya parlamenti 2019-cu ilin dekabrında Sanna Marinin ölkənin yeni baş naziri təyin edilməsinə səs verib.

Həmin vaxt 34 yaşı olan siyasətçi dünyanın ən gənc baş naziri olub.

Apreldə keçirilən parlament seçkilərindəki məğlubiyyətdən sonra onun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası istefa verib.

Səid Əhmədli
Gununsesi.info