
İsrailin keçmiş baş naziri Ehud Barak bildirib ki, İsrail “Şifa” xəstəxanasının altında sığınacaqları 40-50 il əvvəl tikib.
Gununsesi.info xəbər verir ki, Barak bu barədə CNN televiziyasına açıqlamasında deyib.
“Uzun illərdir ki, “Şifa” xəstəxanasının altında İsrailli inşaatçılar tərəfindən tikilən sığınacaqlar var və bunlardan Həmasın qərargahı kimi istifadə edildiyi məlumdur. Və bir neçə tunelin kəsişməsi bu sistemin kəsişməsidir”, – deyə o bildirib.
“Buranın İsrail mühəndisləri tərəfindən tikildiyini deyirsən? Özünü səhv ifadə etdin?” deyə aparıcı soruşub.
Ehud Barak belə cavab verib: “Biz yəqin ki, 40 və ya 50 il əvvəl bu sığınacaqların tikintisinə kömək etdik ki, xəstəxananın kampusun məhdud ərazisində fəaliyyət göstərməsi üçün daha çox yer yaratdıq”.
Oktyabrın 15-də səhər saatlarında İsrail ordusu Qəzzada minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük səhiyyə müəssisəsi olan “Şifa” xəstəxanasına basqın edib.
İsrailin tənqidlərə səbəb olan basqından sonra tunel və sursat anbarları yerinə binada tapdığını iddia etdiyi paslı silahları və bir neçə kameranı sübut kimi təqdim edib.
Gununsesi.info