Keçmiş basketbolçu Olimpiya səfiri titulundan məhrum edildi – SƏBƏB

  • By admin
  • 11 Yanvar 2024 17:19

Keçmiş fransalı basketbolçu Emili Qomis İsrailin Qəzza zolağına təcavüzünü tənqid edən sosial şəbəkə paylaşımına görə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanın səfiri titulundan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “France Info” məlumat yayıb.

Məlumata görə, Parisdə keçirilən Olimpiya Oyunlarının Təşkilat Komitəsi bu qərarı idmançının “qərəzsizlik öhdəliyini” pozması ilə əsaslandırıb.

Bundan əvvəl basketbolçu İsrailin müstəmləkəçilik siyasətini pislədiyi üçün Fransa Olimpiya Komitəsinin idmançılar komissiyasının üzvü vəzifəsini itirmişdi.

9 oktyabr 2023-cü ildə Emily Gomis İnstaqram hesabında İsrailin Fələstinə qarşı işğalçılıq siyasətini tənqid etdiyi bir yazı paylaşıb.

Həmin paylaşımda üç fərqli ilə aid Fransa ərazisinin xəritəsi olub: 1947, 1967 və 2023. Nəşr olunan xəritələr Fransa bayrağının İsrail bayrağı ilə birləşdiyini göstərib.

Qomis bir müddət Türkiyənin “Fənərbaxça”sında çıxış edib.

Gununsesi.info