Keçmiş BBC aparıcısı uşaq pornosuna görə cəzalandırılıb

BBC-nin keçmiş aparıcısı Huw Edwards uşaq pornoqrafiyası saxlamaqda ittiham edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters xəbər verir.

Bildirilir ki, London məhkəməsi teleaparıcıya 6 ay şərti həbs cəzası verib. Qeyd olunur ki, Edvards yaxın iki ildə qanunu pozarsa, o, əsl həbs cəzası alacaq.

Bundan əlavə, o, öz əməllərinin qurbanlarına 4,1 milyon dollar ödəməli, həmçinin yeddi il seksual cinayətkarlar siyahısında olmalıdır.

Aparıcının vəkili Filip Evans bildirib ki, Edvard etdiyi əməldən çox peşmandır.

O, həmçinin əlavə edib ki, cinayət zamanı aparıcının fiziki və psixi sağlamlığında problemlər olub. Vəkilin sözlərinə görə, müvəkkili erotik fotolara baxdığını xatırlamır.

 

 

İlhamə

Gununsesi.info