Keçmiş boksçunun çempionluq kəməri 6 milyona satıldı

  • By admin
  • 25 İyul 2022 11:05

Amerikalı keçmiş boksçu, ağır çəkidə dünya çempionu olmuş Məhəmməd Əlinin 1974-cü ildə qazandığı çempionluq kəməri hərracda 6,18 milyon dollara satılıb.

Gununsesi.info-nun xəbərinə görə, kəməri amerikalı iş adamı, Amerika futbolu üzrə “İndianapolis Kolts” komandasının sahibi Cim İrsey əldə edib.

Həmin iş adamı daha əvvəl Elvis Presli və Con Lennona məxsus gitaraları da satın alıb.

Xatırladaq ki, Məhəmməd Əli peşəkar boksda 1964 və 1974-cü illərdə mütləq dünya çempionu adını qazanıb. Bundan başqa, o, 1960-cı ildə Olimpiya çempionu olub.

M.Əli 2016-cı ildə vəfat edib.

Gununsesi.info