Rusiya Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov (Rusiyanın Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib) federal axtarışa verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında qeyd olunub.
Qudkovun Rusiya Cinayət Məcəlləsinin bir maddəsi ilə axtarışda olduğu qeyd edilib. Sabiq deputatın hansı maddə ilə ittiham olunduğu barədə məlumat verilməyib.
Sabiq deputat 2023-cü il fevralın 10-da xarici agent kimi tanınıb.
Gununsesi.info