Keçmiş deputat döyüşlərdə həlak olub

  • By admin
  • 07 Mart 2022 15:55

Rusiya hərbçiləri ilə Ukrayna döyüşçüləri arasında Puşe-Vodisedə gedən döyüşlərdə Ukrayna Ali Radasının 8-ci çağırış deputatı Aleksandr Marçenko həlak olub.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Azadlıq Partiyasının deputatı Oleq Tyaqnibok bildirib.

“Rusiya-Ukrayna müharibəsinin veteranı, VIII çağırış Ukrayna Ali Radasının deputatı, zabit Aleksandr Marçenko həlak olub”, – deyə partiya sədri vurğulayıb.

 

 

Gununsesi.info