Keçmiş deputat vəfat etdi – FOTO

  • By admin
  • 13 Avqust 2021 11:22

Bakı Dövlət Universitetinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin böyük mütəxəssisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Həsən oğlu Hüseynov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Qeyd olunub ki, 70 yaşında dünyasını dəyişən Tofiq Hüseynov 1968-1973-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 1981-ci ildə “Sinqulyar-həyacanlanmış inteqro diferensial tənliklər sistemi üçün optimal idarə məsələsinin həllinin asimptotikası və onun bəzi xüsusiyyətləri haqqında” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1999-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub.

T.Hüseynov 1992-ci ilin oktyabrında ölkəni düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə müraciət edən 91 nəfər tanınmış Azərbaycan ziyalısından biri olub.

2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!