Keçmiş diplomatın görüntüləri sosial mediada böyük səs-küyə səbəb olub

  • By admin
  • 22 Noyabr 2023 13:47

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ Dövlət Departamentinin Milli Təhlükəsizlik Şurasının Cənubi Asiya Müdirliyində çalışan Stuart Seldovitz Qəzzada 4 mindən çox fələstinli uşağın öldürülməsinin yetərli olmadığını deməsi böyük reaksiyaya səbəb olub.

Gununsesi.info xəbər verir ki, “X” sosial media platformasında paylaşılan videoda Seldovitzin küçədə yemək satan şəxsə “sən terrorçusan” sözləri ilə sataşdığı görülüb.

Videoda satıcıdan dəfələrlə ondan uzaqlaşmasını istəsə də, işlədiyini bildirərək onu şifahi olaraq incitməyə davam edən Seldovitz “Bilirsən nə var? “4 min fələstinli uşağı öldürdük, bu da azdı”, deyib.

Başqa bir istifadəçi tərəfindən paylaşılan fərqli videoda onun İslam peyğəmbəri Hz.Məhəmmədə (s) və Qurani-Kərimə qarşı təxribat xarakterli, hətta təhqiredici ifadələr işlətdiyi görülüb.

Seldovitzin Gotham Hökumət Əlaqələri adlı bir təşkilatda çalışdığı ortaya çıxandan sonra sözügedən təşkilat X hesabından açıqlama verərək Seldovitzlə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Yazıda Seldovitz üçün belə bir ifadə işlədilib: “Onun videoda görünən hərəkətləri alçaq, irqçidir və şirkətimizdə tətbiq etdiyimiz standartlara əməl etmir”.

Sosial şəbəkələrdəki yazılarda Seldovitzin 1999-2003-cü illərdə ABŞ Dövlət Departamentinin İsrail və Fələstin İşləri İdarəsində direktor müavini və yüksək səviyyəli siyasi məmur vəzifələrində çalışdığı vurğulanıb.

Gununsesi.info