Keçmiş direktor yenidən rəhbərliyə gətirildi

  • By Admin2
  • 25 Mart 2025 16:26

Müdafiə Sənayesi Nazirliyinə məxsus Telemexanika Zavodu MMC-nin direktoru Feyruz Əsədov vəzifəsindən azad edilib.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, onu Usubağa Məmmədov əvəz edib.

O, bundan əvvəl də – 2020-ci ilin oktyabr ayına qədər zavoda rəhbərlik edib.

Xatırladaq ki, “Telemexanika Zavodu” 1981-сi ildən müxtəlif adlar altında fəaliyyət göstərən “Telemexanika” İstehsalat Birliyinin bazasında 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 138,1 milyon manatdır.

Gununsesi.info