Keçmiş hərbi hissə komandiri Kanadadan siyasi sığınacaq alıb - ÖZƏL

  • By admin
  • 06 Sentyabr 2024 10:41
Azərbaycan Müdafiə Nazirliyinin  Hərbi Hava Qüvvəllərinin və Hava Hücumundan Müdafiə Qoşunlarının polkovniki İlqar Quliyev Kanadadan siyasi sığınacaq alıb.
Gununsesi.info-nun xəbərinə görə, polkovnik rütbəsində olan İlqar Quliyev HHQ və HHMQ-nın məxfi hərbi hissələrinin  komandiri,  Hərbi Dəniz Qüvvələrinin Rabitə Xidmətinin sabiq rəisi vəzifələrini tutub.
Azərbaycanda Demokrat Partiyasının üzvü olmasına dair saxta arayışla siyasi oturum ala bilib.
Məlumata görə, Quliyev hazırda Ontario əyalətinin Barrie şəhərində yaşayır.
Araşdırmalarımız zamanı polkovnik İlqar Quliyevin  xidmət dövründə və sonradan da  dövlətdən imtiyazlar, təltiflər və maddi mükafatlar alması faktı  üzə çıxıb.
Elmar
Gununsesi.info