
Azərbaycanın keçmiş məhkəmə hakimi Ülvi Mayılov DSMF-dən məhkəməyə şikayət edib.
Gununsesi.info-nun xəbərinə görə, hakimin şikayətinə səbəb DSMF-nın hesabladığı pensiyanın az olmasıdır.
Hakim şikayətində yazır ki, pensiyasını azaldıb 6148 manata salıblar.
Apellyasiya Məhkəməsi onu haqlı sayıb, o bundan sonra 7300 manat təqaüd alacaq.
Jurnalist Elçin Rüstəmli isə olaya belə münasibət açıqlayıb:
“35-40 il yüksək dövlət təminatı altında yaşa, üstəlik, korrupsiya içində olan məhkəmə sistemindən yaxşıca qazan, sonda 45 il müəllim işləyən vətəndaşdan 15-20 dəfə çox pensiya al. Azərbaycanda təqaüdlər ən azı 800-1000 manat olmalıdır, təəssüf ki, hazırda bu rəqəmin üçdə biri qədərdir”.
Şəbnəm
Gununsesi.info