Keçmiş komitə sədri Qarayevə müraciət etdi: - "Fuad Poladov bu addımı elə-belə atmaz"

  • By admin
  • 29 Oktyabr 2016 13:41

ebulfez

 

Millət vəkili Nizami Cəfərov Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından ayrılmasına münasibət bildirib.

Gununsesi.info aznews.az-a istinadən xəbər verir ki, deputat açıqlamasında Fuad Poladovun bu addımının dərindən araşdırılmasına ehtiyac olduğunu vurğulayıb: “Məsələ kökündən araşdırılmalıdır. Ola bilsin ki, Hikmət Rəhimov elə hərəkət edib ki, onu işdən uzaqlaşdırıblar. Ya da olsun ki, aktyoru haqsız yerə işdən çıxarıblar. Fuad Poladov görkəmli sənətkardır. O, bu addımı elə-belə atmaz. Fuad haqsız yerə etiraz eləməz, nə də onun gedişinə biganə qalmaq olmaz”.

Deputat teatr aləmində baş verən bu hadisə ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib: “Azərbaycan teatrlarında elə bir şərait var ki, hər bir hadisə nəzarətdədir. Bundan əlavə baş verənlər də nazirliyin diqqətindən yayınmır. Kimsə haqsız yerə cəzalandırıla bilməz”.

Xatırladaq ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında oktyabrın 28-də son dəfə səhnəyə çıxıb. “Misyo İbrahim və Quran çiçəyi” adlı tamaşasında yaratdığı obrazı ilə aktyor “Azdrama” tamaşaçıları ilə özünün vida nəğməsini oxuyub.