
Şəkidə intihara cəhd edilib.
Gununsesi.info bildirir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 21-i saat 18 radələrində rayon sakini, 1971-ci il təvəllüdlü Süleyman Çingiz oğlu Hüseynəlizadə qarnının ön divarının kəsilmiş-deşilmiş, daxilə nüfuz etməyən bıçaq yarası ilə xəstəxanaya daxil olub.
46 yaşlı S. Hüseynəlizadənin xəsarəti yüngül olduğundan ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə buraxılıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış S. Hüseynəlizadə intihar məqsədi ilə kəsici alətlə özünə xəsarət yetirib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Gununsesi.info