
Yardımlı rayon sakinindən 14,47 kq tiryək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Yavər Azadovdan 14 kiloqram 470 qram tiryək götürülüb.
Anar
Gununsesi.info