
Bakı şəhər sakinindən narkotik vasitələr götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əliyevdən 1,125 qram heroin və 16,199 qram marixuana, Sulutəbə qəsəbəsindəki evinə baxış zamanı isə 1 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.
Anar
Gununsesi.info