Keçmiş məcburi köçkünlər doğma yurda qayıdışa təşviq edilir – LAYİHƏ

  • By admin
  • 24 Mart 2022 19:50

“Region İcmalarının İnkişafına və Yoxsulluğun Azaldılmasına Dəstək” İctimai Birliyi sahibkarlığa maraq göstərən məcburi köçkünlər üçün təlim keçib. “Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təşviqi və onların özünüməşğulluğuna dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Bərdə rayonunda məskunlaşan 25 nəfər məcburi köçkün iştirak edib.

Tədbirdə iştirak edən Bərdə Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi Asif Abbasov əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlərdən danışıb: “Bərdə rayonu respublikamızda ən çox məcburi köçkün məskunlaşan rayonlardan biridir. Sevindirici haldır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il torpaqlarımız işğaldan azad olundu. Artıq Sizlər qarşıdakı illərdə öz doğma torpaqlarınıza qayıdacaqsınız. Bu gün keçirilən tədbirdə də sahibkarlığa başlamaq, özünüməşğulluğu təmin etmək üçün ilkin bilgilər öyrədiləcək”.

Daha sonra tədbirdə çıxış edən “Region İcmalarının İnkişafına və Yoxsulluğun Azaldılmasına Dəstək” İctimai Birliyinin sədri Teymur Mirzəyev qeyd edib ki, layihə Bərdə və Mingəçevir şəhərləri ərazisində reallaşdırılacaq: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Görüş üçün yaradılan şəraitə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Bərdə Rayon İcra Hakimiyyətinə, QHT Agentliyinə, Komitənin Bərdə Rayon Şöbəsinə təşəkkür edirəm. İcra etdiyimiz layihənin əsas məqsədi keçmiş məcburi кöçкünləri maarifləndirmək, işğaldan azad olunan ərazilərin təbii resursları və iqtisadi imkanları ilə bağlı məlumatlandırmaq, konsultasiya xidməti göstərmək və sahibkarlığa başlamasına yardım etməklə onlara özünüməşğulluq imkanı yaratmaqdır.

Artıq layihə çərçivəsində 2 buklet çap edilib və sizlərə paylanılan həmin qovluqlara da bu bukletlərdən qoyulub. “Səmərəli bizinesin təşkili” adlı bukletdə Siz biznesə başlamaq üçün sahibkarlıq subyekti kimi onlayn qeydiyyat imkanları, kredit alınması üçün onlayn müraciət, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, biznеs-plаnlаrın tərtibi ilə bağlı məlumatlar ala biləcəksiniz.

“Doğma yurda qayıdaq!” adlı bukletdə isə işğaldan azad olunan ərazilərin təbii resursları və iqtisadi imkanları ilə bağlı məlumatlar verilib”.

Daha sonra layihənin təlimçisi, “Viator” Təlim Mərkəzinin rəhbəri Azad Rəhimov iştirakçılara biznesə başlamaq üçün sahibkarlıq subyekti kimi onlayn qeydiyyat imkanları, kredit alınması üçün onlayn müraciət, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, işğaldan azad olunan rayonlarımızda sahibkarlıq fəaliyyəti üçün mövcud imkanlarla bağlı məlumat verib. İştirakçılar biznes-plan hazırlamaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilib. Məcburi köçkünlər kreativ ideyalarının reallaşdırılması üçün layihələrin yazılması və maliyyə tapılması imkanları ilə bağlı bilgiləndirilib. İşğaldan azad olunan ərazilərə qayıdacaq şəxslər həmin ərazilərin iqtisadi imkanları ilə bağlı məlumatlandırılıb”.
Daha sonra iştirakçılar biznes-plan hazırlamaqla bağlı öyrəndiləri nəzərə bilikləri təkmilləşdirmək üçün praktiki tapşırıqlar icra ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb və ehtiyacı olanlara məsləhət xidməti göstərilib.

Gununsesi.info