Keçmiş məhkum 6 kq narkotiklə saxlanıldı

  • By admin
  • 07 Yanvar 2021 20:48

Abşeron sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Şahbazov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 6 kiloqramdan artıq marixuana götürülüb.

Gununsesi.info