Keçmiş mer həbs edildi

  • By admin
  • 14 İyun 2019 23:27

Ryazanın keçmiş meri Sergey Karabasov həbs olunub. 

Gununsesi.org  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Basman məhkəməsinin mətbuat katibi Yunon Tsarev məlumat verib.

Külli miqdarda dələduzluqda ittiham olunan sabiq mer 2 ay müddətinə azadlıqdan məhrum edilib.  Karabasova ittiham 5 milyon rubl dəyərində uşaq meydançasının tikilməsində yol verilən xətalar üzrə araşdırma zamanı irəli sürülüb.

Bununla bağlı ONF forumunun iştirakçılarından biri Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 2017-ci ildən administrasiya rəhbəri vəzifəsini icra edən Karabasov 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.