“İranın İsrailə hücumu zamanı pilotsuz aparatların 99 faizi məhv edildi. Bu prosesdə cəmi bir nəfər yaralandı. Bu, İranın iflasının göstəricisi idi”.
Gununsesi.info-nun xəbərinə görə, bunu İsrailin Təhlükəsizlik Xidmətinin (MOSSAD) sabiq rəisi Efraim Holavy deyib.
Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri İranın hücumunun qarşısını ala bilib: “Bu İsrailin uğuru, İranın isə məğlubiyyətidir”.
Qeyd edək ki, 3 gün əvvəl İran İsrailə qarşı hava hücumu həyata keçirib.
Elmar
Gununsesi.info