Keçmiş Mossad rəhbəri: İsrail ikiyə bölünmüş bir ölkə halına gəldi

  • By arzu
  • 28 İyul 2023 11:28

İsrail Xarici Kəşfiyyat İdarəsinin (Mossad) rəhbəri Tamir Pardo ölkəsinin durumu ilə bağlı önəmli açıqlamalar verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pardo çəkişməli məhkmə düzəlişlərindəki israrı ilə Baş nazir Netanyahunun ordu ilə “Mossad”ı dağıtdığını və İsrailin ikiyə bölünmüş ölkə halına gəldiyini söyləyib.

İsrailin İctimai Yayım Qurumunun xəbərinə görə, Pardo çəkişməli məhkəmə düzəlişləri islahatları ilə bağlı bunları deyib:
“Amerikada ağ dərililərin üstünlüyünü qoruyan irqçi qrup olan “Ku klus klan”a bənzər şərtlərdən keçirik. Netanyahu qorxunc irqçi siyasi partiyalarla koalisiya qurdu və yanaşması onlardan çox fərqli deyil”.

Pardo çəkişməli məhkəmə düzəlişlərinə işarə edərək “Bizim çıxardığımız qanunlardan bəzilərini başqa dövlət çıxararsa, bunlar irqçi və antisemitik qanunlardır”, deyərik.

İsrailin Ədliyyə Naziri Yariv Levinin 5 yanvarda açıqladığı”Məhkəmə İslahatı” düzəlişləri Ali Məhkəmənin yetkilərini məhdudlaşdırmağa və iqtidarın məhkəmə təyinatlarında söz sahibi olması kimi dəyişikləri içində daşıyır.

Baş nazir Netanyahu 27 martda ölkə boyunca gedərək artan kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə düzəlişlərini ertələdiyini açıqlamışdı. Ancaq 2023-2024-cü il büdcəsinin mayın sonunda Parlamentdən keçməsindən sonra məhkəmə düzəlişlərini təkrar gündəmə gətirəcəklərini açıqlamışdı.

Netanyahu hökuməti Ali Məhkəmənin hökumət üzərindəki yoxlanışlarını ortadan qaldıracaq qanun təklifini ölkə çapındakı etirazlar və gərgin ictimai çəkişmələrə baxmayaraq, 24 iyulda 24 iyulda müxalifətin boykot etdiyi toplantıda qəbul etmişdi.

Hökumətin “məhkəmə düzəlişləri” islahatlarına qarşı çıxan savaş pilotları, dəniz qüvvələri zabitləri və digər seçilmiş birliklərin yer aldığı minlərlə İsrail vətəndaşı könüllü yedək əsgərlik işindən ayrılmışdı.

İsraildə siyasət, ordu, təhlükəsizlik, iqtisadiyyat və məhkəmədə yüksək səviyyəli işlərdə çalışmış adamlar hökumətin məhkəmə düzəlişlərinə qarşı olduqlarını açıqlayıblar.

Netanyahu hökumətinin məhkəmə düzəlişlərinə qarşı etiraz hərəkəti 7 aydır ki, nümayişlərlə davam edir.

Tərcümə: Arzu

Gununsesi.info