2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunan vəzifəli şəxslərin milyonlarla dəyəri olan əmlaklarının üzərinə də həbs qoyuldu. Məhkəməsi başa çatan sabiq MTN-çilərin həmin əmlaklarının müsadirəsinə qərar verildi. Hazırda məhkəməsi davam edən daha 12 nəfər keçmiş MTN-çi, o cümlədən generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova əmlakları üzərindəki həbsin götürülməsini istəyirlər.
Gununsesi.info xəbər verir ki, fevralın 5-də məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri bu haqda vəsatət qaldırıblar.
12 nəfər keçmiş MTN-çininişinə Bakı Hərbi Məhkəməsinin hakimlər kollegiyası, amma Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.
Bugünkü məhkəmədə vəkillərin əmlaklarla bağlı qaldırdıqları vəsatət müzakirəyə çıxarılıb. Hazırda məhkəmədə fasilə elan olunub. Fasilədən sonra hakimlər vəsatətlə bağlı qərarı elan edəcəklər.
Gülər
Gununsesi.info