Keçmiş müdafiə naziri ölüb –İSPANİYADA

  • By admin
  • 10 Aprel 2017 11:10

nazir-ispan
İspaniyanın keçmiş müdafiə naziri xanım Karme Çakon vəfat edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyanın ilk qadın müdafiə naziri 46 yaşlı K. Çakon Madriddəki evində ölü tapılıb.

Belə ki, İspan mətbuatının yaydığı məlumata görə, xeyli vaxt ərzində telefon zənglərinə cavab verməyən sabiq nazirin ailə üzvüləri və yaxınları onun evinə yollanıb və onun öldüyünü görüblər.

Onun yaxınları dərhal da bu barədə polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər K. Çakonun öldüyünü müəyyə ediblər.

İlkin məlumata görə, K. Çakon ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, İspaniyada fəaliyyət göstərən Sosialist Partiyasının (PSC) üzvlərindən olan sabiq nazir 2000-ci ildən etibarən fəal şəkildə siyasətlə məşğul olmağa başlayıb. Eyni zamanda K. Çakon İspaniyanın ilk qadın müdafiə naziri olub. O bu vəzifəni 2008-2011 illərdə tutub.

Anar
Gununsesi.info