“2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etmək qərarına gəldim”.
Gununsesi.info xəbər verir ki, bunu keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
“Bu məqsədlə öz təşəbbüsümlə Prezidentliyə namizədliyimi irəli sürürəm. Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər”, – F.Yusifov deyib.
Fikrət Yusifov 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində işləyib. O, 2019-2020-ci illərdə Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədrin müavini olub.
Gununsesi.info