Keçmiş nişanlısını otel otağında boğaraq öldürən şəxs edam edildi

  • By admin
  • 29 Fevral 2024 13:36

Sinqapurda keçmiş nişanlısını otel otağında boğaraq öldürən şəxs edam edilib.

Gununsesi.info bildirir ki, Sinqapurda 2019-cu ildən bəri ilk ölüm hökmü icra edilib. Sinqapurda otel otağında keçmiş nişanlısını boğaraq öldürən 35 yaşlı Banqladeş vətəndaşı Əhməd Salim bu gün edam edilib.

Sinqapur Polisinin yaydığı açıqlamada 2018-ci ildə keçmiş nişanlısını otel otağında boğaraq öldürən və daha sonra məhkəmə tərəfindən edam cəzasına məhkum edilən Salimin bu gün asılaraq edam edildiyi bildirilib.

Salim 2020-ci ildə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib. Məhkəmənin qərarından sonra prezidentə xüsusi amnistiya üçün müraciət edən Salimə rədd cavabı verilib.

 

Gununsesi.info