Keçmiş partiya sədri dələduzluq ittihamı ilə qandallandı

Bu yaxınlarda özünü buraxan Azərbaycan Vətənpərvərlər Partiyasının sədri olmuş Elvin Mahmudzadə həbs edilib.

Gununsesi.info bildirir ki, sabiq partiya sədri dələduzluqda ittiham olunur.

Onun şəhid ailələri və qazilər adından pul yığdığı və mənimsədiyi deyilir.