Keçmiş polis işçisi terrora əl atdı - 22-si uşaq olmaqla, azı 37 nəfəri qətlə yetirib

  • By admin
  • 07 Oktyabr 2022 12:31

Tailand polisinin bildirdiyinə görə, keçmiş polis məmuru cümə axşamı ölkənin şimal-şərqindəki Nonbua Lamphu vilayətinin uşaq bağçasına hücum edərək, 22-si uşaq olmaqla, azı 37 nəfəri qətlə yetirib. Bu, ölkə tarixindəki ən ağır, dünyada isə uşaqların iştirakı ilə ən dəhşətli hücumlardan biri olub.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, rəsmilər, hücumçunun özünü öldürməzdən əvvəl evə qayıdaraq, arvadını və uşağını da öldürdüyü bildirib.

Polis tapança, tüfəng və bıçaqla silahlanmış hücumçunun narkotik istifadəsi səbəbiylə keçən il polisdən qovulan, 34 yaşlı Panya Xamrab olduğunu açıqlayıb.

Şahidlərin dediyinə görə, hücumçu günortadan bir az sonra Na Klan kəndindəki uşaq bağçasına yaxınlaşıb. Polis sözçüsü uşaq baxçasının əməkdaşlarının onun silahlı olduğunu görəndə qapını bağladıqlarını, lakin o, qapını təpiklə və ya atəş edərək, açıb içəri girdiyini deyib.

Şahidlərdən biri deyib ki, çoxu başqa otaqda yatan uşaqlara hücum etməzdən əvvəl o, azı dörd işçini güllələyib. Polis onun uşaqların əksəriyyətinə hücumları bıçaqdan istifadə edərək, həyata keçirdiyini deyib.

Tailand polis rəisi Damronqsak Kittiprapas mətbuat konfransında jurnalistlərə bildirib ki, hücumçu uşaq bağçasından çıxıb evə gedərkən rastlaşdığı hər kəsi ya güllələyib, ya da bıçaqlayıb.