Boliviyanın keçmiş prezidenti Evo Morales ölkəyə qayıdan kimi dərhal həbs olunacaq.
Gununsesi.org xəbər verir ki, “ABİ” nəşrinin məlumatına görə, bu barədə Boliviyanın Ədliyyə və Hakimiyyət İnstitutlarının Şəffaflığı naziri Alvaro Koimbra danışıb.
Nazirin sözlərinə görə, artıq Moralesin həbsi ilə bağlı qərar qəbul edilib və miqrasiya xidmətinə müvafiq göstərişlər verilib.
“Əgər vətəndaş Evo Morales ölkəyə daxil olsa, həbs olunacaq”, – Koimbra bildirib.