Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən sabiq müstəntiq Rüfət Səfərovun ictimai müdafiəsinə qoşulanların sayı artır. Gununsesi.info-nun xəbərinə görə, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinə 23 nəfər üzv olub. Komitənin sədri Eldəniz Quliyev bildirib ki, komitəyə qoşulmaq istəyənlərdən hər gün müraciətlər alırlar.
Dünən isə komitəyə keçmiş prokurorluq işçilərindən olan hüquqşünas Əfqan Məmmədov da qoşulub. Gununsesi.info-ya açıqlamasında Əfqan Məmmədov bildirib ki, Rüfət Səfərovun üzləşdiyi bu ədalətsiz münasibətə hər bir insan reaksiya verməlidir. Onun sözlərinə görə, bu gün də prokurorluqda və digər orqanlarda Rüfət Səfərov kimi düşünənlər var: “Ancaq onların cəsarətləri imkan vermir ki, açıq danışsınlar”.
Elmar