Keçmiş qərargah rəhbərinə 80 illik cəza verilə bilər

  • By admin
  • 30 Oktyabr 2017 22:31

Gununsesi.info xəbər verir ki, Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort 80 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Manafortun tərəfdaşı Rik Geytsi isə 70 illik cəza gözləyə bilər.

Məlumata əsasən, prokurorlar qərarın sərtləşdirməsinə imkan verəcək əlavə faktlar təqdim edə bilərlər.

Bu gün Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. İttihama görə P. Manafort və R. Geyts 2006-2016-cı illərdə Ukraynada lobbiçilik fəaliyyətlərinə görə on milyonlarla dollar pul alıblar.

Gununsesi.info