Keçmiş sədr sianid turşusunu içərək intihar etdi - FOTOLAR

  • By admin
  • 29 Noyabr 2019 10:41

CHP partiyasının Antalyanın Döşemealtı rayonu üzrə gənclər şöbəsinin keçmiş sədri Eren D. sianid turşusunu içərək intihar edib.

Gununsesi.org “haberler.com”a istinadən verdiyi xəbərə görə, 30 yaşlı Eren D. axşam saat 9 radələrində meşəyə gedərək dostlarına intihar planı ilə bağlı mesajlar yazıb. Dostları onun olduğu əraziyə çatanda Ereni avtomobilinin yanında ölü vəziyyətdə aşkarlayıblar. O, maşınının şüşəsinə özünü sianidlə zəhərlədiyinə dair qeyd asıb.

Qeyd edək ki, noyabr ayı ərzində Türkiyədə daha 3 ailə sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş, 4 nəfərlik (ata, ana və iki uşaq) və 3 nəfərlik (ana, ata və uşaq) ailədir.

Baş vermiş intiharlardan sonra hökumət hərəkətə keçib. “Resmi Gazete”də yer alan xəbərdə bildirilir ki, qərara əsasən, sianidin vətəndaşlara satılmasına qadağa qoyulub.

Bu arada bildirək ki, sianid turşusu (HCN) hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşudur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur və ümumzəhərləyici təsir göstərir.


Gununsesi.org