İtaliya məhkəmələrinin birində keçmiş sevgililərin şəkillərini sosial mediada silmək hüququna sahib olduqlarına dair qərar çıxarılıb.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, Bari şəhər məhkəməsinin hakimi adı gizli saxlanılan 55 yaşlı kişinin açdığı davada bu qərarı verib. Belə ki, həmin şəxs keçmiş sevgilisindən bir neçə dəfə ona aid olan şəkilləri pozmağını istəyib. Ancaq heç bir müsbət cavab ala bilməyən kişi məhkəməyə müraciət edərək şəkillərin hüquqi yolla silinməsini istəyib.
Bari şəhər məhkəməsi kişinin bu tələbini haqlı hesab edərək şəkillərin sosial mediadan silinməsi haqqında qərar çıxarıb.
Məhkəmənin qərarına əsasən, qadın “Facebook”da yayımladığı 36 albomda olan iddiaçı və onun uşaqlarına aid mindən çox şəkli silməklə bərabər, məhkəmə xərcləri və qərarı yerinə yetirmədiyi hər gün üçün 2 avro cərimə ödəyəcək.
Qeyd edək ki, İtalyan mətbuatında bu qərarın sosial media istifadəçiləri üçün önəmli olduğu vurğulanıb. Mediada bu tipli qərarların təkcə bitən bir romantik münasibət sonrası deyil, ailə və dostlar arasında da bu kimi bənzər hadisələrdə önəm kəsb etdiyi yazılıb.