Keçmiş vəkil məhkəmə zalında həbs olunub

  • By ilhame
  • 18 Sentyabr 2024 21:19

Külli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Ruhid Rəşid oğlu Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Ruhid Əkbərov 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, Ruhid Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

 

Vaxtilə 13 saylı Vəkil Bürosunun vəkili olan R.Əkbərov daha öncə 2021-ci ildə iki nəfərə qarşı 50 min manatlıq dələduzluq ittihamı ilə 3 il müddətinə həbs edilib.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsdə olarkən məhkum yoldaşından onun işini həll etmək adı ilə 53 min manat pul alaraq yenidən dələduzluq etməkdə ittiham olunub.

Gununsesi.info