Prezidentin əfv sərəncamı ilə bu günlərdə azadlığa çıxan prokurorluğun keçmiş əməkdaşı Rüfət Səfərov ölkəni tərk edib.
Gununsesi.org-un xəbərinə görə, sabiq vicdan məhbusu iki gün əvvəl Türkiyə paytaxtı Ankaraya gedib.
Yaxınları Rüfət Səfərovun gedişinin birdəfəlik olmadığını, həbsdə aldığı işgəncələrə görə ciddi müalicəyə ehtiyacıının olduğunu deyib.
“Bir müddət müalicə aldıqdan sonra Azərbaycana qayıdacaq” deyə yaxınları Gununsesi.org-un əməkdaşına söyləyib.
Elmar
Gununsesi.org