Keçmiş xarici işlər naziri yeni işə düzəldi

“Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan özəl sektorda işə düzəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hraparak” qəzeti yazıb.

HTML tutorial

“Mnatsakanyan baş nazir Nikol Paşinyanın doğulduğu Yenokavan kəndindəki “Apaqa” istirahət mərkəzinə inkişaf direktoru və ya menecer kimi işə gedib. Keçmiş nazirlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab vermədi. Onun yaxınları da bu xəbəri təsdiqləyiblər”, – qəzet yazır.

Xatırladaq ki, Zöhrab Mnatsakanyan  44 günlük müharibədən sonra, noyabrın 20-də xarici işlər naziri postundan istefa verib, lakin hələ də hakimiyyətlə əlaqələr saxlayır və onları tənqid etmir, bəzən onların xeyrinə tvitlər yazır.

Gununsesi.info