
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bratislavada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüş keçirir. Sabah da Zohrab Mnatsakanyanla görüşü olmalıdır. Bu görüşlər ərəfəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov maraqlı bir şəkil paylaşıb. RF XİN rəhbəri S.Lavrovla E.Məmmədyarovun gülüşlərə qərq olduğu bu şəklin arxasında bizi gülüş olmasa da, ən azı təbəssüm gözləyirmi?
Tofiq Zülfüqarovun “qaqaşlar bizi dolayırlar.., deyəsən” qısa statusunda bu təbəssüm hiss olunmur. Peşəkar diplomat yəqin Bakı görüşündən narazı qalıb və işğal olunmuş torpaqların azad olunması ilə bağlı hər iki nazirin konkret bəyanat verməməsinə bu yolla etirazını bildirib.
Həmin paylaşımı sizə təqdim edirik:
