“Kefim əladır” - İşdən çıxarılan Səhiyyə nazirinin müavini

  • By admin
  • 04 Fevral 2022 20:06

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

Gununsesi.info xəbər verir ki, Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib:

“Kefim əladır. Bir az işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.

 

 

Gununsesi.info