“Kempinski”nin adına kim şərik çıxacaq

  • By admin
  • 29 İyul 2016 17:59

kempiniski

 

“Kempinski Hotel Badamdar” otelinin adı dəyişdirilib.

Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, Kempinski Şirkəti və “Kempinski Otel Badamdar”ın sahibkar şirkəti 31 iyul 2016-cı il tarixindən idarəçilik müqaviləsini bitirmək üzrə ikitərəfli razılıq veriblər:

“Otel fəaliyyətini “Badamdar Hotel Baku” adı ilə tam şəkildə davam edəcək”, – oteldən bildirilib.

Xatırladaq ki, “Kempinski Hotel Badamdar”ın açılışı 2011-ci ilin sentyabrın 1-də baş tutmuşdu. O, Bakıda Kempinski beynəlxalq otellər şəbəkəsinin ilk Resort oteli idi.

 

Gununsesi.info