Keniyada bahalaşmaya etiraz edənlərə polis müdaxiləsi – 17 nəfər öldü

  • By admin
  • 17 İyul 2023 18:23

Keniyada bahalaşmayı etiraz edənlərə polis müdaxiləsi olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hökumətin vergi artımına etirazlar zamanı 17 nəfər öldürülüb.

Paytaxt Nayrobi də daxil, çoxlu sayda şəhərlərdə xalq etirazlar keçirir.

Bir çox cəsədlərdə güllə izləri tapılıb.

Bu ölkədə insan haqları təşkilatları çox sayda etirazçının yaralandığı etirazlarda polisi “hədsiz güc” işlətməkdə suçlayıblar.

 

Tərcümə: Arzu

Gununsesi.info