Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd yayımlandı

  • By Admin2
  • 19 Mart 2025 10:46

ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin saytında Kennedinin qətli ilə bağlı 1123 sənəd ictimaiyyətə təqdim edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ ictimaiyyətində illərdir müzakirə edilən Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənəd açıqlanıb.

Daha əvvəl sui-qəsdlə bağlı sənədləri araşdıran analitiklər ABŞ mediasına bildiriblər ki, yeni dərc olunmuş sənədlərdən çılpaq hər hansı bir şeyin ortaya çıxma şansı zəifdir.

ABŞ prezidenti Donald Tramp dünən sənədlərin açıqlanacağını açıqladı və insanların bunu “on illərdir” gözlədiklərini bildirdi. Yanvarın 23-də Tramp Kennedinin qətli ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.

Fərman Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edir.

Orxan

Gununsesi.info