“Kerrinin bəyanatı əslində Ermənistana haqq qazandırmaq deməkdir” - Birinci vitse-spiker

  • By admin
  • 14 Oktyabr 2016 16:08

ziyafat-1

“Bu məsələyə münasibət  bildirilib – özü də cənab Prezident səviyyəsində. Mən də cənab Prezidentin bütün fikirləri ilə yüz faiz razıyam. Bu, əslində Ermənistana haqq qazandırmaq deməkdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsi ilə bağlı məlum açıqlamasına münasibətini bildirərkən deyib.

“Necə yəni, hazır deyillər? İşğala məruz qalan ölkə Azərbvaycandır. Azərbaycan necə hazır olmaya bilər ki, ərazisi işğalçıdan azad olunsun?!

Münaqişənin həllinə  hazır olmayan Ermənistandır və bu, əslində Ermənistanın hərəkətlərinə bəraətdir. Dəhşət-faciə burasındadır”-deyə, Z. Əsgərov daha sonra bildirib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info