Keyn tarixə düşdü

  • By ilhame
  • 17 İyun 2024 14:23

“Bayern”də çıxış edən Harri Keyn İngiltərə millisinin tarixinə düşüb.

Gununsesi.info “Opta Sports”a istinadən xəbər verir ki, hücumçu buna Almaniyada keçirilən Avropa çempionatının 1-ci turunda Serbiya komandası ilə görüşdə meydana çıxmaqla nail olub.

Forvard yığmada dünya və Avropa çempionatlarında ən çox matça çıxan oyunçudur. Əsas turnirlərdə 23-cü qarşılaşmasını keçirən Keyn bu göstəricidə Eşli Koulu geridə qoyub.

İngiltərə Serbiyanı minimal hesabla üstələyib – 1:0.

Gununsesi.info